
DİM regionlarda təlimlər keçirib
Dövlət qulluğunda vakansiyaların idarə edilməsi, kadr potensialının gücləndirilməsi və regionlarda həyata keçirilən layihələri izləmək üçün direktor.az-a abunə olun. Dövlət qulluğu idarəçiliyi, strateji təlim proqramları və rəsmi yeniliklərlə bağlı xəbərlərdən agah olmaq üçün bizi izləməyə davam edin.
Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilib. Bununla əlaqədar, DİM 2026-cı ilin sonuna qədər bütün regionlarda dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi davam etdirir.
22-25 sentyabr 2026-cı il tarixlərində Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarında qulluq keçən dövlət qulluqçuları üçün ”Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi” və “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında növbəti təlimlər keçirilib.
Təlimlər zamanı mövzular ətrafında iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.
Qeyd edək ki, təlimlər ilin sonunadək digər şəhər və rayonlarda davam edəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin