
BMU-nun tələbəsi qrant müsabiqədə qalib olub
Tələbələrin innovativ təşəbbüslərini, qrant proqramlarını və texnologiya sahəsindəki layihələrini izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil məkanındakı ən son tələbə uğurlarından, rəsmi müsabiqə nəticələrindən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin II kurs tələbəsi Zərif Salehzadə uğura imza atıb.
Direktor.az xəbər verir ki, tələbənin təşəbbüsü olan “AI Youth Camp” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi qrant müsabiqəsində qaliblər sırasına düşüb.
Gənclər təşkilatları və fəal gənclər üçün nəzərdə tutulan inkişaf və innovasiya yönümlü bu müsabiqə, cəmiyyətdə sosial məsuliyyət daşıyan, müasir çağırışlara cavab verən təşəbbüslərin dəstəklənməsinə xidmət edir.
Qrant qazanan “AI Youth Camp” layihəsi əyani düşərgə formatında təşkil ediləcək və əsas hədəfi gənclərin süni intellekt üzrə biliklərini təkmilləşdirmək olacaq. Proqram çərçivəsində iştirakçılar komanda şəklində işləmək, real problemlərə texnoloji yanaşmalar tapmaq və innovativ düşüncə bacarıqlarını inkişaf etdirmək şansı əldə edəcəklər. Düşərgə çərçivəsində keçiriləcək xüsusi mini-hakaton isə gənclərə öz texnoloji həllərini və ideyalarını birbaşa nümayiş etdirmək üçün platforma yaradacaq.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin