
BMU tələbəsi beynəlxalq hakatonda ölkəmizi təmsil edəcək
Azərbaycan gənclərinin beynəlxalq innovasiya arenasında qazandığı uğurları, qlobal texnologiya yarışlarını və təhsil sahəsindəki nailiyyətlərini izləmək üçün direktor.az-a abunə olun. Elm, müasir mühəndislik və qlobal təhsil layihələri ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Dünyanın nüfuzlu qlobal hakatonlarından sayılan “NASA Space Apps Challenge” müsabiqəsinin Azərbaycandakı rəsmi təmsilçiliyi gənc mühəndisə həvalə olunub.
Direktor.az xəbər verir ki, müsabiqənin beynəlxalq idarəetmə komandası Bakı Mühəndislik Universitetinin (BMU) “Kompüter mühəndisliyi” fakültəsinin tələbəsi Amil Zeynallını ölkə üzrə rəsmi koordinator vəzifəsinə seçilib.
Yeni vəzifəsində A.Zeynallı beynəlxalq hakatonun yerli mərhələsinin təşkilinə, iştirakçıların və tərəfdaş qurumların cəlb edilməsinə, eləcə də yerli innovasiya mühitinin qlobal şəbəkə ilə əlaqələndirilməsinə cavabdehlik daşıyacaq.
Gənc tədqiqatçı indiyədək süni intellekt, robototexnika, pilotsuz aparatlar və yaşıl texnologiyalar üzrə silsilə uğurlu layihələrə imza atıb. Onun NASA-nın açıq peyk məlumatlarını süni intellektlə birləşdirərək meşə yanğınlarının vaxtında aşkarlanıb söndürülməsi üçün hazırladığı sistem “Sabahın alimləri” XV Respublika Müsabiqəsində mühəndislik kateqoriyası üzrə birinci yerə layiq görülüb.
Qeyd edək ki, qlobal hakaton bu il 14–15 noyabr tarixlərində baş tutacaq. İki gün davam edəcək yarışmada iştirakçılar NASA və tərəfdaş kosmik agentliklərin təqdim etdiyi açıq resurslardan yararlanaraq Yer kürəsi və kosmik tədqiqatlarla bağlı çağırışlara texnoloji həllər təklif edəcəklər.
Bu cür mötəbər layihənin təşkilatçılığının yerli tələbəyə etibar edilməsi azərbaycanlı gənclərin beynəlxalq texnologiya arenasına çıxışı və qlobal problemlərin həllində komanda şəklində iştirakı üçün yeni perspektivlər açır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin