
Bu tələbələrə 100 gedişlik “BakıKart” verilib
Tələbələrə göstərilən dəstək layihələri və sosial təşəbbüslər haqqında yeniliklər üçün direktor.az-a abunə olun. Təhsil həyatındakı etibarlı və operativ məlumatları öyrənmək üçün bildirişləri aktiv edin.
"BakıKart" gənclərin akademik nailiyyətlərini stimullaşdırmaq və onların nəqliyyat xərclərini yüngülləşdirmək məqsədilə Qarabağ Universitetində tələbələrlə görüş təşkil edib.
Direktor.az xəbər verir ki, təşəbbüs çərçivəsində ali məktəbə qəbul imtahanlarında ən yüksək bal toplayan 20 gəncə Xankəndi şəhərdaxili ictimai nəqliyyatında keçərli olan 100 gedişlik "CityCard Xankəndi" kartları təqdim edilib. Hədiyyələri tələbələrə qurumun İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli çatdırıb.
Görüşdə çıxış edən universitetin prorektoru Rüstəm İsgəndərli təhsil ocağındakı tədris mühiti və tələbələrə yaradılan şərait haqqında danışıb. Tərəflər həmçinin gənclərin uğurlarının dəstəklənməsi və gündəlik həyatda nəqliyyat infrastrukturunun əlçatanlığı mövzusunda fikir bölüşüblər.
Tələbələri qazandıqları nailiyyətlər münasibətilə təbrik edən şirkət təmsilçiləri onlara təhsillərində uğurlar arzulayıblar. Tədbir xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb.
Müasir ödəniş həlləri təqdim edən "BakıKart" sosial məsuliyyət çərçivəsində tələbələrə və gənclərə yönəlmiş bu cür layihələri davam etdirməyi hədəfləyir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin