
DİM nazirlik əməkdaşları üçün təlim keçirib
Peşəkar bacarıqların artırılması, idarəetmə təlimləri və dövlət qulluğunda səriştələrin qiymətləndirilməsi ilə bağlı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Maarifləndirici layihələr və təhsil sistemindən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Qurumda təlim ehtiyaclarının müəyyən edilməsi və zəruri təlimlərin təşkil edilməsi” mövzusunda təlim keçirib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlimdə iştirakçılara təlim ehtiyaclarının müəyyən edilməsinin əhəmiyyəti, kadr potensialının öyrənilməsi üsulları, təlim strategiyasının formalaşdırılması, təlim iştirakçılarının müvafiq təlimlərə mövcud ehtiyaclar istiqamətində düzgün yönləndirilmənin səmərəliliyə təsiri, təlim işinin təşkili və təlimlərin səmərəliliyinin ölçülməsi metodları barədə məlumat verilib. Bununla yanaşı, təlimdə iştirakçılarla səmərəliliyinin artırılması üçün nələr edilməli olduğu mövzusunda müzakirələr olunub.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

