
Sabirabadda məktəblilər arasında qol güləşi idman növü üzrə yarış keçirilib
Məktəblilərimizin uğurlarını, yarışları izləmək üçün direktor.az- abunə olun. Təhsil sahəsindəki rəsmi nəticələr, maarif xəbərlərini üçün bizi izləyin.
17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Sabirabad rayonunda məktəblilər arasında qol güləşi idman növü üzrə yarış təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib. Mil-Muğan Regional Təhsil İdarəsi və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda rayonun ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri iştirak ediblər.
Yarışın əsas məqsədi məktəblilər arasında sağlam həyat tərzinin təbliği, fiziki fəallığın artırılması, idmana marağın gücləndirilməsi, eləcə də qol güləşi idman növünün rayonda inkişafı və kütləviliyinin təmin olunması olub.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda iştirakçılar öz güc və bacarıqlarını nümayiş etdirərək qalib olmaq uğrunda mübarizə aparıblar. Yarış məktəblilərin idman potensialının üzə çıxarılması, onların sağlam rəqabət mühitində özlərini sınamaları və idmana daha fəal cəlb olunmaları baxımından əhəmiyyətli olub.
Yarışda Sabirabad şəhəri Hacı Zeynalabdin Tağıyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdləri uğurlu nəticələrlə fərqləniblər. Belə ki, Əzizli Pənah Qənbər oğlu və Məmmədli Xəzər Rafiq oğlu I, Salmanov Nihad Samir oğlu II, Qəribli Sadiq Səxavət oğlu, Paşa Aydın Bəxtiyar oğlu və Qasımov Sənan Kərim oğlu isə III yeri tutublar.
Bundan əlavə, Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdləri Məmmədov Ramal Anar oglu I, Mehtiyev Xalid Xalıq oğlu II, Salmanzadə Qədirqulu Aqil oğlu III və Güləliyev Emil Elçin oğlu yarışda III yeri tutublar.
Sonda müxtəlif çəki kateqoriyaları üzrə I, II və III yerlərin qalibləri diplom və medallarla təltif olunublar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

