
DİM nazirlik əməkdaşları üçün təlim keçirib
Peşəkar bacarıqların artırılması, idarəetmə təlimləri və dövlət qulluğunda səriştələrin qiymətləndirilməsi ilə bağlı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Maarifləndirici layihələr və təhsil sistemindən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Dövlətin idarə olunmasında iştirak hüququ: nəzəri və praktiki təhlil” mövzusunda təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Təlim zamanı DİM-in Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Hüquqi təminat sektorunun müdiri Ülviyyə Bədəlova tərəfindən iştirakçılara dövlətin idarə edilməsində iştirak hüququnun konstitusion əsasları, yeni qüvvəyə minmiş Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin dövlət qulluğu sisteminə gətirdiyi yeniliklər, dövlət qulluğu vəzifələrinin tutulması üsulları ilə bağlı ətraflı məlumatlar verilib. Təlimin sonunda dövlət qulluğu keçmə ilə bağlı təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

