
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktorunun sədrliyi ilə iclas keçirilib
Tədrisin keyfiyyətinin artırılmasına yönələn tapşırıqları, məktəb və universitet həyatındakı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil gündəmindəki bütün aktual proseslərdən xəbərdar olmaq üçün bizi izləyin.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın sədrliyi ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) növbəti iclası keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. İclasda 26 elm və ali təhsil müəssisəsi tərəfindən təqdim edilmiş və Şuranın Katibliyi tərəfindən sistemləşdirilmiş 80-dən çox dissertasiya mövzusu barədə Şura üzvlərinin rəy və təklifləri dinlənilib, müzakirələrin yekununda dissertasiya mövzularının təsdiqi məsələsi açıq səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.
İclas çərçivəsində, həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyindəki elmi müəssisələr üçün onların elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair məlumatların vahid formada toplanılması, təhlili və qiymətləndirilməsi məqsədilə hazırlanmış hesabat formasının layihəsi müzakirəyə çıxarılıb. Şura üzvlərinin rəy və təklifləri də nəzərə alınmaqla vahid hesabat forması yekdilliklə təsdiqlənib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

