
DİM rus dili fənni üzrə hazırlıq kursu keçirib
Pedaqoji kadrların peşəkar hazırlığının gücləndirilməsi, qiymətləndirmə prosesində müasir yanaşmaların tətbiqini izləmək üçün direktor.az-a abunə olun. Təhsilverənlərin ixtisasartırma kursları, fənn proqramlarından xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzində 11 noyabr 2026-ci il tarixində rus dili fənni üzrə hazırlıq kursu keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursları həm əyani, həm də onlayn formatda keçirilib. Moderator Viktoriya Ələkbərova cavabı yazı ilə ifadə olunan tapşırıqlar və onların qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatla çıxış edib.
Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Hazırlıq kursu növbəti həftə davam etdiriləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

