
Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir
Ali təhsil müəssisələrinin beynəlxalq əlaqələri, tələbə-müəllim mübadiləsi proqramlarını izləmək üçün direktor.az- abunə olun. Türkiyə ilə birgə həyata keçirilən qlobal təhsil təşəbbüsləri, rəsmi elanlardan məlumatlı olmaq üçün bizi izləyin.
Türkiyə-Azərbaycan əlaqələri iki qardaş ölkənin münasibətidir. Həm vətəndaş, həm də təhsil naziri olaraq məsələyə daim bu rakursdan yanaşmışam. Bu günə qədər işlədiyim bütün vəzifələrdə, olduğum hər mühitdə qardaşlıq hüququndan irəli gələn addımları atmağa çalışmışam.
Direktor.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Antalyada davam edən COP-31 iqlim zirvəsində Azərbaycan pavilyonunu ziyarət edən Türkiyənin milli təhsil naziri Yusuf Tekin deyib.
Onun sözlərinə görə, Türkiyənin Milli Təhsil Nazirliyi Azərbaycanla əməkdaşlığın möhkəmlənməsi, qardaşlıq bağlarının heç bir şəkildə qopmaması üçün ən rasional addımlar atan strukturdur: “Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ilə birlikdə bu dostluğu daha güclü şəkildə gələcək nəsillərə ötürmək üçün fəaliyyətimizi davam etdiririk”.
Türkiyəli nazir bildirib ki, Azərbaycana hər getdiyində özünü evində hiss edir: “Türkiyədə də azərbaycanlı qardaşlarımızı görəndə, onlara sarılanda qardaşımızı qucaqlamış kimi hiss edirik”.
Türkiyə-Azərbaycan əməkdaşlığının ali təhsil ocaqları səviyyəsində də güclü olduğunu vurğulayan Y.Tekin əlavə edib: “Universitetlər arasında da münasibətlər inkişaf edir. Bunun bir az daha strukturlu və sistematik olmasını arzu edərdim. Ümumilikdə isə əlaqələr yüksək səviyyədədir”.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

