
Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçiriləcək
Beynəlxalq dil sertifikatı imtahanları, DİM-in rəsmi elanları, qəbul proseslərini izləmək üçün direktor.az-a abunə olun. İmtahan tarixləri, tələblər və təhsil sahəsindəki yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
28 noyabr Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda TOEFL iBT imtahanı keçiriləcək.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. İştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır. TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən- https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/toefl-ibt tanış olmaq mümkündür.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

