
Dövlət qulluqçuları üçün təlimlər keçirilir - DİM
Dövlət qulluqçularının peşəkar inkişafına yönəlmiş təlim layihələrini, rəsmi metodiki tövsiyələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsi üzrə aktual yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzi 2026-cı ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən, bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirəcək.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlimlər 13 noyabr tarixinədək İmişli, Füzuli, Beyləqan rayonlarında təşkil olunacaq.
11 noyabr Dövlət İmtahan Mərkəzinin əməkdaşları “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi”, Ünsiyyət bacarıqlarının inkişafı” və “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında dövlət qulluqçuları üçün təlimlər keçirilib.
Təlimlər zamanı mövzular ətrafında iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb. Qeyd edək ki, təlimlər ilin sonunadək digər şəhər və rayonlarda davam edəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

