
Fəlsəfə doktoru imtahanının danışıq bloku mərhələsi keçirilib
Fəlsəfə doktoru imtahanları, qeydiyyat qaydaları, nəticələri və şərtlərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki qərarlar, elmi tədqiqat imkanları və rəsmi xəbərlərdən məlumatlı olmaq üçün bizi izləyin.
26 noyabr tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil fənni üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku mərhələsi keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Bu mərhələdə iştirak etməli olan 253 nəfərdən 160-ı imtahana gəlib.Qeyd edək ki, danışıq bloku imtahanı 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 15 dəqiqə vaxt ayrılır. İştirakçılar birinci mərhələdə 3 bal, ikinci mərhələdə 5 bal, üçüncü mərhələdə isə 2 bal olmaqla, ümumilikdə 10 bal toplaya bilərlər.
Danışıq bloku üzrə imtahanda minimum 2 bal toplamayan şəxslər noyabrın 22-də keçirilən ilk 4 blok üzrə imtahanda lazımi nəticə göstərsələr belə, müvafiq şəhadətnamə ilə təmin olunmurlar. Xarici dil fənni üzrə ümumi imtahan nəticələrinin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

