
SDU rektorunun fakültələr üzrə tələbələrlə görüşür
Ali təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərini, beynəlxalq təcrübə mübadiləsini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərin qlobal əməkdaşlığı və strateji yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru, professor Nurəli Yusifbəyli “Energetika və rəqəmsal texnologiyaları” və “Təbiət elmləri və riyaziyyat” fakültəsinin tələbə nümayəndələri ilə görüş keçirib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Rektor çıxışında tələbəyönümlü yanaşmanın universitetin inkişaf strategiyasının əsasını təşkil etdiyini vurğulayıb. Bildirib ki, universitetdə həyata keçirilən islahatların, tətbiq olunan yeniliklərin və müəyyənləşdirilən strateji hədəflərin başlıca məqsədi tələbələrin keyfiyyətli təhsil alması, intellektual potensialının reallaşdırılması və gələcək peşəkar fəaliyyətə hazırlığının təmin edilməsidir.
Tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllim-tələbə münasibətlərinin inkişaf etdirilməsi, qiymətləndirmənin obyektivliyinin və şəffaflığının təmin olunması, eləcə də tələbələrin universitetin inkişaf prosesində fəal iştirakının əhəmiyyəti xüsusi qeyd edilib.
“Tənqidi və konstruktiv yanaşma universitetin inkişafı üçün dəyərli resursdur. İstəyirəm ki, hər biriniz özünüzü universitetimizin inkişaf prosesinin fəal iştirakçısı kimi hiss edəsiniz. Çünki SDU-nun gələcəyini biz sizinlə birlikdə qururuq”, – deyə rektor qeyd edib.
Professor Nurəli Yusifbəyli çıxışında süni intellekt və rəqəmsal texnologiyaların inkişafı fonunda tələbələrin nəzəri biliklərələ yanaşı praktiki bacarıqlara, analitik düşünmə və müstəqil qərarvermə səriştələrinə yiyələnməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, tələbə məmnunluğunun öyrənilməsi və rəhbərliklə birbaşa ünsiyyətin təmin edilməsi məqsədilə tətbiq olunan QR-kod əsaslı rəy sistemi barədə məlumat verib. Rektor tələbələri tədris prosesinə məsuliyyətlə yanaşmağa, akademik imkanlardan səmərəli istifadə etməyə, öz bilik və bacarıqlarını davamlı inkişaf etdirməyə çağırıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

