
Gəncə-Daşkəsən RTİ-nin tabeliyindəki 6 məktəbdə yeni təmayül tədris modeli tətbiq olunur
Region məktəblərində yeni təmayül modellərinin tətbiqini, şagirdlərin bilik səviyyəsinin qiymətləndirilməsini izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil müəssisələrindəki sınaq imtahanları, monitorinq tədbirlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və müdir müavini Elmin Məmmədağıyev yeni təmayüllü tədris modeli tətbiq olunan ümumtəhsil məktəblərinin kollektivi ilə görüşüblər.
Direktor.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən RTİ-dən bildirilib. Elçin Kərimov yeni tədris modelinin tətbiqinin təhsilin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin maraq və qabiliyyətlərinə uyğun istiqamətləndirilməsinə mühüm töhfə verəcəyini bildirib. O, pedaqoji heyətin bu prosesdəki fəal rolunu xüsusi vurğulayaraq müəllimlərə metodiki dəstəyin davamlı olacağını qeyd edib və tədrisin səmərəli təşkili ilə bağlı tapşırıqlarını verib.
Görüş qarşılıqlı müzakirə şəraitində davam edib. Təhsil işçilərinin təklifləri dinlənilib, tədris prosesində qarşıya çıxa biləcək məsələlər ətrafında fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, yeni təmayüllü tədris modelinin əsas məqsədi şagirdlərin fərdi bacarıq və meyllərini erkən mərhələdə aşkara çıxarmaq, onları gələcək ixtisas seçiminə və ali təhsil müəssisələrinə daha sistemli şəkildə hazırlamaq, eyni zamanda seçilmiş fənlər üzrə dərinləşdirilmiş bilik və səriştələr qazandırmaqdır.
Hazırda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən altı ümumtəhsil müəssisəsində yeni təmayüllü tədris modeli tətbiq olunur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

