
Tibb Universitetində tələbələr üçün döyüş sənətləri üzrə ustad dərsi keçiriləcək
Ali təhsil müəssisələrində keçirilən praktiki təlimlər və layihələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil gündəmindəki aktual proseslərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Tibb Universitetinin (ATU) "Təbib" Tədris İdman Mərkəzinin cüdo zalında Hərbi Tibb Fakültəsinin feldşer kursantları və tələbələri üçün döyüş sənətləri üzrə praktiki ustad dərsi təşkil olunacaq.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Ustad dərsinin əsas məqsədi gələcək hərbi tibb mütəxəssislərinin peşə fəaliyyətində vacib olan fiziki hazırlıq, özünümüdafiə, çeviklik, fiziki dözümlülük və ekstremal şəraitdə düzgün davranış bacarıqlarının inkişafına dəstək verməkdir.
Tədbirdə Real Aykido üzrə 5-ci Dan qara kəmər ustası Fariz Abdullayev, Cüdo üzrə 5-ci Dan qara kəmər ustası Ələkbər Əliavsarov və Kyokuşin karate üzrə 5-ci Dan qara kəmər ustası Qələndər Aslanov tərəfindən praktiki məşğələlər keçiriləcək.
Ustad dərsi çərçivəsində iştirakçılara müxtəlif döyüş sənətlərinin müdafiə texnikaları və fiziki hazırlıq elementləri nümayiş etdiriləcək, peşəkar təcrübə bölüşdürüləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

