
IAEA-nın bülletenində DİM-in fəaliyyətinə xüsusi yer ayrılıb
Təhsildə qiymətləndirmə sistemlərinin beynəlxalq miqyasda qazandığı uğurları, beynəlxalq hesabatları və DİM-in rəsmi fəaliyyətini izləmək üçün direktor.az-a abunə olun. Elm, imtahan və təhsil idarəçiliyi gündəmindəki qlobal nailiyyətlərdən, rəsmi nəşrlərdən və aktual yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IAEA) özünün 50 illik yubiley bülletenində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illiyinə xüsusi yer ayırıb. Nəşrdə qurumun təhsil sahəsində qiymətləndirmə mexanizmləri və dövlət qulluğuna qəbul prosesindəki səmərəli fəaliyyətini əks etdirən geniş məqalə yer alıb.
Məqalədə IAEA-nın prezidenti Mafu S.Rakometsinin təbrik fikirlərinə yer verilib. Assosiasiya rəhbəri iki təşkilat arasında onilliklər boyu davam edən səmərəli tərəfdaşlığı yüksək qiymətləndirib. Yazıda vurğulanıb ki, DİM-in institusional tərəfdaşlıq tarixi (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təcrübəsi də nəzərə alınmaqla) 1999-cu ilə təsadüf edir. Qurum ötən müddətdə IAEA-nın ən fəal üzvlərindən birinə çevrilərək 2007 və 2019-cu illərdə nüfuzlu illik konfranslara uğurla ev sahibliyi edib.
Bülletendə həmçinin DİM-in 10 illiyi çərçivəsində 10 aprel 2026-cı ildə Bakı şəhərində təşkil olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzulu beynəlxalq elmi-praktik konfrans barədə ətraflı məlumat verilib.
Nəşrdə DİM-in qlobal miqyasda təhsilin qiymətləndirilməsi prosesinə və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələr xüsusi qeyd edilib.
Materialla daha yaxından tanış olmaq istəyənlər IAEA-nın rəsmi bülleten səhifəsinə keçid edə bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin