
İkinci iş yerində fəaliyyət göstərmək istəyən müəllimlərinin nəzərinə!
Pedaqoji heyətin əlavə dərs yükü imkanlarını, sertifikatlaşdırma nəticələrinə əsaslanan kadr təyinatlarını və regional məktəblərdəki vakansiyaları izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil idarəçiliyi siyasəti, müəllimlərin işə qəbulu qaydalarından xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən yeni təmayül tədris modeli tətbiq olunan ümumi təhsil müəssisələrinə ikinci iş yeri kimi fəaliyyət göstərmək üçün fənn müəllimlərinin qəbulu elan edilir.
Direktor.az xəbər verir ki, yeni təmayül tədris modeli şagirdlərin maraq və bacarıqlarına uyğun istiqamətləndirilməsini, akademik nailiyyətlərinin yüksəldilməsini, fərdi inkişaf imkanlarının genişləndirilməsini və gələcək peşə seçimlərinə hazırlanmasını təmin edən müasir təhsil modelidir.
Tədris prosesinin yüksək akademik göstəricilərə malik, peşəkar və inkişafyönümlü pedaqoji heyət tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Modelin əsas məqsədi şagirdlərin potensialını maksimum səviyyədə inkişaf etdirmək, onların bilik və bacarıqlarını artırmaq, həmçinin uğurlu gələcəyə hazırlamaqdır.
Müsahibədə iştirak etmək istəyən təhsilverənlərə qoyulan tələblər:
- Ali təhsil;
- Müəllimlərin işə qəbulu (MİQ) imtahanından 85 və daha yüksək bal toplamaq;
- Sertifikatlaşdırma imtahanından 51 və daha yüksək bal toplamaq;
- Peşəsinə məsuliyyətli və inkişafyönümlü yanaşmaq;
- Repetitorluq fəaliyyəti təcrübəsinə malik olmaq;
- Yüksək ünsiyyət və sinfin idarə olunması bacarıqlarına malik olmaq.
Müəllim qəbulu aşağıdakı təhsil müəssisələri və fənlər üzrə aparılacaq:
📍 Qusar şəhəri – Nemət Məmmədəliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi – ingilis dili;
📍 Şabran şəhəri – Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi – rus dili;
📍 Xaçmaz rayonu, Xudat şəhəri – 4 nömrəli məktəb-lisey – rus dili, ingilis dili və kimya;
📍 Quba şəhəri – Tələt Mikayılov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi – fiziki tərbiyə;
Qeydiyyat üçün keçid: https://forms.gle/4KUW1LEiMPrf7zaS6
Qeydiyyat müddəti: 27 oktyabr 2026-cı il tarixindən 30 oktyabr 2026-cı il saat 17:00-dək davam edəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

