
Məktəblərdə yeni tədris ilinin planları təsdiqlənib
2026–2027-ci tədris ili üzrə yeni tədris planları, məktəbəhazırlıq və I–XI siniflərdə tətbiq olunacaq qaydalar haqqında qərarlardan məlumatlı olmaq üçün direktor.az-a abunə olun. Elm və Təhsil Nazirliyinin yeni əmrlərini, məktəblərdəki tədris mexanizmlərini izləmək üçün bildirişləri aktiv edin.
Məktəblərdə yeni tədris ilinin planları təsdiqləndi — Nazir müavini əmr imzalayıb.
Azərbaycanın ümumi təhsil müəssisələri üçün 2026–2027-ci tədris ilinin tədris planları rəsmiləşib. Müvafiq sənədi elm və təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıb.
Qərara əsasən, dövlət məktəblərində təşkil edilən məktəbəhazırlıq qrupları, tədris dili Azərbaycan və digər dillərdə olan I–XI siniflər, eləcə də milli azlıqların dillərinin tədris olunduğu siniflər üçün yeni tədris planları qüvvəyə minib.
Sənəddə müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsil alma qaydaları da əksini tapıb. Bununla yanaşı, Bakı şəhərində yerləşən “Vətən” idman liseyi və 1 nömrəli idman liseyində, həmçinin Gəncə şəhər idman liseyində ümumtəhsil fənlərinin məhz təsdiqlənən bu planlar əsasında tədrisi təmin olunacaq.
Tədris prosesinin müəyyən edilmiş planlara uyğun həyata keçirilməsinə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi nəzarət edəcək. İmzalanmış əmrin ümumi icrasına rəhbərlik isə elm və təhsil nazirinin müavini Həsən Həsənliyə tapşırılıb.
https://edu.gov.az/uploads/emre-elave/2026/08/tedris-panlari-elaveler.pdf
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin