
Məleykə Abbaszadə Türk Dövlətlərinin Beynəlxalq konfransında iştirak edib
Təhsil, qiymətləndirmə, dövlət qulluğu və peşəkar bacarıqların inkişafı istiqamətində atılan strateji addımları izləmək üçün direktor.az-a abunə olun. Türk dünyasının ortaq gələcəyinə yönəlmiş inteqrasiya layihələrindən və rəsmi xəbərlərdən vaxtında məlumat almaq üçün bildirişləri aktiv edin.
Məleykə Abbaszadə sentyabrın 16-da Bakıda keçirilən “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı”nda iştirak edib.
O bildirib ki, belə mərkəzlərin ən böyük dəyəri yeni ideyaların meydana çıxması, müxtəlif proqnozların müzakirə edilməsi və onların həyata keçirilməsi perspektivlərinin birlikdə dəyərləndirilməsidir. Lakin hesab edirəm ki, türk dövlətləri arasında inteqrasiyanın real və davamlı nəticələri bu ideyaların institusional əməkdaşlığa çevrildiyi zaman yaranır.
İqtisadiyyat, nəqliyyat, rəqəmsallaşma və innovasiya türk dünyasının yaxınlaşmasının mühüm istiqamətləridir. Bununla yanaşı, bu inteqrasiyanın mərkəzində insan dayanır. Təhsil, qiymətləndirmə, dövlət qulluğu, peşəkar bacarıqların inkişafı və ümumilikdə insan kapitalı sahəsində fəaliyyət göstərən institutlar arasında birbaşa və davamlı əməkdaşlıq ortaq gələcəyimizin formalaşmasında xüsusi əhəmiyyət daşıyır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin