
Məktəblilərimiz Vyetnamda beynəlxalq yarışda medal qazanıb
İstedadlı şagirdlərimizin beynəlxalq arenadakı nailiyyətlərini, fənn olimpiadalarını və gənclərin elm sahəsindəki böyük uğurlarını izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil siyasəti, məktəb ekosistemi və ölkəmizin maarif sistemində baş verən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
25 sentyabr – 5 oktyabr 2026-cı il tarixlərində Vyetnamın Hanoy şəhərində keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 bürünc medal qazanıb.
Direktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Bürünc medalçılarımız:
🥉 Ərtoğrul Məhərrəmli — Bakı şəhər Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi
🥉 Mehdi Qasımlı — Bakı şəhər Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi
🥉 Orxan Tağıyev — Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin X sinif şagirdi
Bununla yanaşı, Orxan Tağıyev komanda yarışında da qalib olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin