
Mil-Muğan RTİ-nin müdiri direktorlarla görüşüb
Məktəblərdə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, təlim nəticələrini izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrindəki keyfiyyət monitorinqləri, rəsmi müzakirələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Beyləqanın ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, mövcud nəticələrin təhlili və qarşıya qoyulan hədəflərin müzakirəsi məqsədilə növbəti görüş keçirilib.
Direktor.az xəbər verir ki, görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, Beyləqan rayon təhsil sektorunun müdiri Elvin Abbasov və rayonun təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Görüş zamanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 2026–2027-ci tədris ili üçün təsdiq edilmiş keyfiyyət üzrə fəaliyyət planının icra vəziyyəti müzakirə olunub. Təhsil müəssisələrində tədrisin keyfiyyəti, mövcud nəticələr və strateji hədəflərə çatmaq üçün görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr çərçivəsində 4-cü, 6-cı və 9-cu siniflər üzrə son üç ilin nəticələri təhlil edilib. Şagirdlərin təlim nailiyyətlərinin dinamikası, əldə olunan göstəricilər və inkişaf etdirilməsi zəruri olan istiqamətlər diqqətə çatdırılıb.
Aparılan təhlillərin məktəblərin mövcud vəziyyətini daha dəqiq qiymətləndirməyə, tədris prosesində qarşıya çıxan çətinlikləri müəyyənləşdirməyə və növbəti fəaliyyət istiqamətlərini düzgün planlaşdırmağa imkan verdiyi vurğulanıb.Qeyd olunub ki, təhsilin keyfiyyətinin yüksəldilməsi yalnız nəticələrin qiymətləndirilməsi ilə məhdudlaşmır. Bu istiqamətdə sistemli fəaliyyətin təşkili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, şagirdlərin bilik və bacarıqlarının artırılması, eləcə də məktəb rəhbərlərinin səmərəli idarəetmə fəaliyyətinin təmin olunması mühüm əhəmiyyət daşıyır. Müzakirələr zamanı keyfiyyət üzrə fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrası, məktəblərin inkişaf prioritetləri və təlim nəticələrinin yaxşılaşdırılması istiqamətində qarşıda duran vəzifələrə toxunulub. Görüş iştirakçıları mövcud vəziyyətlə bağlı fikir və təkliflərini bölüşüb, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görüləcək işləri müzakirə ediblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

