
DİM-in nümayəndələri Bişkek şəhərində beynəlxalq konfransda iştirak ediblər
Qiymətləndirmə sistemində qabaqcıl beynəlxalq təcrübələri, Türk dünyası test mərkəzləri ilə əməkdaşlığı izləmək üçün direktor.az-a abunə olun. İmtahan modellərindəki rəqəmsal yeniliklər, rəsmi çıxışlardan məlumatlı olmaq üçün bizi izləyin.
Bişkek şəhərində Milli Qəbul imtahanlarının 25 illiyinə həsr olunmuş “Bərabər şans – böyük gələcək!” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. Qırğız Respublikasının Elm, Ali Təhsil və İnnovasiyalar Nazirliyi ilə Maarif Nazirliyinin dəstəyi və Təhsildə Qiymətləndirmə və Tədris Metodları Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə Dövlət İmtahan Mərkəzini Natiq Əliyev və Afiqə Batıyeva təmsil ediblər.
Tədbirdə müasir qiymətləndirmə yanaşmaları, milli sistemlərin inkişafı, test proseslərinə rəqəmsallaşma və süni intellektin tətbiqi mövzusunda müzakirələr aparılıb.
Konfransın rəsmi açılışında çıxış edən N.Əliyev Qırğız Respublikasının Təhsildə Qiymətləndirmə və Tədris Metodları Mərkəzinin heyətini yubiley münasibətilə təbrik edib, həmçinin Azərbaycanda mərkəzləşdirilmiş imtahan sisteminin inkişafı, buraxılış və qəbul imtahanlarının təşkili mexanizmləri, eləcə də tətbiq olunan psixometrik təhlil üsulları barədə ətraflı məlumat verib. Tədbirin davamında “Məktəb dərsliklərinin elmi-metodiki monitorinqi və imtahan modellərinin məzmununun inkişaf dinamikası” mövzusunda təqdimatla çıxış edən A.Batıyeva yeni kurikulumların tətbiqi dövründə dərsliklərin qiymətləndirilməsi meyarları və imtahan məzmununun təkamülü barədə iştirakçıları məlumatlandırıb. Sonda təhsil və qiymətləndirmə sahəsində beynəlxalq əməkdaşlığın, xüsusilə Türk dünyası test mərkəzləri arasında təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

