
Müəllimlərin nəzərinə: Yeni dərsliklərlə bağlı vebinarlar keçiriləcək
Tədris metodikasındakı ən son yanaşmaları, dərsliklərin məzmun yeniliklərini və fənn müəllimlərinin peşəkar inkişafını izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil siyasəti, məktəb idarəçiliyi və ölkəmizin maarif sistemində baş verən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Respublikasının Təhsil İnstitutu 2025–2026-cı tədris ilində ümumtəhsil məktəblərində ilk dəfə istifadəyə verilən yeni nəsil dərsliklərin tədrisi ilə bağlı onlayn görüşlərə start verir.
Direktor.az xəbər verir ki, 8 yeni dərslik üzrə təşkil ediləcək canlı vebinarlarda dərsliklərin məzmun yenilikləri, həmçinin tədris metodikasındakı müasir yanaşmalar ətraflı şəkildə təhlil olunacaq. Layihənin əsas qayəsi dərslik müəllifləri ilə fənn müəllimləri arasında birbaşa dialoq və təcrübə mübadiləsi mühiti formalaşdırmaqdır. İnteraktiv formatda baş tutacaq sessiyalarda müəllimləri maraqlandıran suallar dərslik müəllifləri tərəfindən cavablandırılacaq.
Vebinarlar institutun rəsmi "Facebook" səhifəsindən canlı yayımlanacaq və hər gün saat 15:00-da başlayacaq.
Vebinarların qrafiki və mövzuları:
12 oktyabr: Azərbaycan dili (7-ci sinif) – Spikerlər: Rafiq İsmayılov, Nübar Abasova
13 oktyabr: Riyaziyyat (7-ci sinif) – Spikerlər: Zaur İsayev, Günay Hüseynzadə, Məhəmməd Kərimov, Kürşad Ərbaş
14 oktyabr: Həyat bilgisi (4-cü sinif) – Spikerlər: Elşad Yunusov, İlahə Tağıyeva
15 oktyabr: İngilis dili (7-ci sinif) – Spikerlər: Ülkər Babayeva, Aygün İsgəndərova, Mədinə Talıbova
19 oktyabr: Coğrafiya (8-ci sinif) – Spikerlər: Famil Ələkbərov, Şərafət Hüseynli, Nərminə Seyfullayeva
20 oktyabr: Biologiya (9-cu sinif) – Spikerlər: Elşad Yunusov, Rəşad Səlimov
21 oktyabr: Fizika (9-cu sinif) – Spikerlər: Dünyamalı Məmmədov, Əli Ağacanlı, Zamir Dadaşov
22 oktyabr: Kimya (9-cu sinif) – Spikerlər: Elşad Abdullayev, Elmar İmanov
Müvafiq fənləri tədris edən pedaqoji heyət canlı yayımlara qoşularaq dərslik müəlliflərinə suallarını ünvanlaya və müzakirələrdə fəal iştirak edə bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin