
BDU-nun rektoru ABŞ universitetində təhsil alan tələbələrlə görüşüb
Ali təhsilin gələcək inkişaf istiqamətləri və beynəlxalq akademik yeniliklər üçün bizi izləyin. Strateji idarəetmə və qlobal təhsil çağırışları izləmək üçün direktor.az-a abunə olun.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-nin Corc Vaşinqton Universiteti arasında "Təhsilin idarə edilməsi" ixtisaslaşması üzrə ikili diplom proqramı çərçivəsində təhsil alan magistrantlarla görüşüb.
Direktor.az xəbər verir ki, bu barədə BDU-dan bildirilib. Görüş zamanı ali təhsilin inkişafı, universitetlərin strateji inkişaf prioritetləri, və beynəlxalq akademik əməkdaşlığın əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb. Rektor Elçin Babayev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin elmi-pedaqoji fəaliyyəti, beynəlxalq əlaqələrin genişləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. O, həmçinin müasir universitetlərin qarşısında duran əsas çağırışlara, ali təhsil müəssisələrinin qlobal akademik məkanda mövqeyinin gücləndirilməsinə və institusional inkişafda strateji idarəetmənin roluna toxunub.
Səmimi və interaktiv şəraitdə keçən görüşdə tələbələr universitetlərin idarə olunması və ali təhsilin gələcək perspektivləri ilə bağlı suallarını rektora ünvanlayıblar. Elçin Babayev magistrantların suallarını ətraflı cavablandıraraq öz təcrübəsini bölüşüb, onların fikir və mülahizələrini dinləyib.
Görüş tələbələrin ali təhsil müəssisələrinin idarə edilməsinə dair nəzəri biliklərini praktiki təcrübə ilə əlaqələndirməsi və universitet rəhbərliyinin strateji baxışları ilə tanış olması baxımından əhəmiyyətli olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin