
Biologiya fənni üzrə imtahan keçiriləcək- Təhsil İnstitutu
Təhsil İnstitutunun keçirəcəyi imtahanar, iştirak şərtləri və hazırlıq mərhələləri ilə bağlı xəbərlər üçün bizi izləyin. Respublika fənn müsabiqələri, olimpiada hazırlıqları və məktəblilərin intellektual inkişafına dair mühüm xəbərləri qaçırmamaq üçün direktor.az-a abunə olun.
Azərbaycan Respublikasının Təhsil İnstitutu 11 oktyabr 2026-cı il tarixində biologiya fənni üzrə seçim imtahanı keçirəcək.
Direktor.az xəbər verir ki, imtahanın əsas məqsədi fənn üzrə növbəti hazırlıq və seçim mərhələlərinə cəlb ediləcək istedadlı şagirdlərin müəyyənləşdirilməsidir. İmtahan 10:00-da başlayacaq. İştirakçıların ən geci saat 09:30-da imtahan mərkəzində hazır olmaları tələb olunur. Şagirdlərin prosesə gələrkən şəxsiyyət vəsiqələrini və kalkulyatorlarını özləri ilə gətirmələri mütləqdir.
Məlumata görə, sınaq prosesində 2025–2026-cı tədris ilində Respublika Fənn Müsabiqəsinin biologiya fənni üzrə final mərhələsində mübarizə aparmış məktəblilər iştirak hüququna malikdirlər. Müsabiqənin qalibi adını qazanmış şagirdlər isə seçim imtahanından azad edilərək birbaşa hazırlıq dərslərinə qatılacaqlar.
Ünvan: Təhsil Texnologiyaları Mərkəzi (Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 109)
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin