
OYU-da dissertasiya işinin ilkin müzakirəsi keçirilib
Universitetlərdə təşkil olunan elmi müdafiələri, doktorantura proseslərini və təhsildəki mühüm nailiyyətləri izləmək üçün direktor.az-a abunə olun. Elm və təhsil gündəmindəki ən vacib hadisələri, rəsmi elanlar üçün bildirişləri aktiv edin.
Odlar Yurdu Universitetinin (OYU) Xarici dillər kafedrasında elmi əhəmiyyətli tədbir keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Kafedranın "Dil nəzəriyyəsi" ixtisası üzrə doktorantı Gülnar Bayram qızı Xəlilovanın "Söz sırası və onun dəyişmələrinin koqnitiv əsasları" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi baş tutub.
İclası giriş sözü ilə açan komissiya sədri dosent Salman Nuriyev dissertasiya mövzusunun müasir dilçilikdəki aktuallığını diqqətə çatdırıb və sözü iddiaçıya verib. Doktorant Gülnar Xəlilova tədqiqat işinin məqsədi, elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti barədə ətraflı məruzə ilə çıxış edib.
Tədbirdə kafedranın əməkdaşları ilə yanaşı, respublikanın nüfuzlu elmi-akademik dairələrinin nümayəndələri — Azərbaycan Dillər Universitetinin professorları Azad Məmmədov və Məsməxanım Qaziyeva, həmçinin AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru Nərmin Əliyeva da iştirak ediblər.
Çıxışlardan sonra dissertasiya işi üzrə rəylər dinlənilib, geniş elmi diskussiya aparılıb. Yekunda qəbul edilən qərara əsasən, tədqiqat işi yüksək qiymətləndirilərək doktorantın növbəti mərhələyə buraxılması məqsədəuyğun hesab olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin