
ADU-nun 80 illiyi qeyd edilib
Ali təhsil müəssisələrindəki elmi tədbirləri, beynəlxalq konfransları və akademik mühitdəki hadisələri izləmək üçün direktor.az saytına abunə olun. Təhsil və elm sahəsindəki aktual proseslərdən xəbərdar qalmaq bizi izləyin.
Oktyabrın 8-də Azərbaycan Dillər Universitetində Bakı Türkologiya Qurultayının və Qazi Universitetinin 100 illiyi, eləcə də ADU-nun 80 illiyi münasibətilə IV Beynəlxalq Türk dili və ədəbiyyatının tədrisi simpoziumunun açılış iclası keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Açılış iclasında türk dili, ədəbiyyatı və türkologiyanın müxtəlif istiqamətləri ilə bağlı məruzələr dinlənilib. İclasa Prof. Dr. Bilge Erçilasun moderatorluq edib.
Prof. Dr. Həmidə Əliyeva “I Türkologiya Qurultayına aparan yol: ATTC-nin Təşkilatı Missiyası”, Prof. Dr. İsmət Çətin “Türk Dünyasında Kollektiv Hafıza, Korku ve Dil Politikaları”, Prof. Dr. Erman Görən “Homeros'ta ve Dede Korkut'ta ‘Kıssa’nın (Ainos) Poetikasını”, Prof. Dr. Cihangir Kızıözen isə “Bağımsız Türk Devletlerinde Ortak Eserlerin Öğretimi Üzerine: Dedem Korkut Örneği” mövzularında çıxış ediblər.
Simpozium çərçivəsində türk dili və ədəbiyyatının tədrisi, türkologiyanın aktual məsələləri və Türk dünyasının ortaq ədəbi irsi ilə bağlı məruzələr təqdim olunub, fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin