
Məleykə Abbaszadə Niderlandlı həmkarı ilə görüşüb
Ölkənin təhsil və imtahan sistemindəki ən son islahatları, rəsmi elanları və beynəlxalq nailiyyətləri izləmək üçün direktor.az saytına abunə olun. Təhsil sahəsindəki mühüm proseslərdən və aktual xəbərlər üçün bizi izləməyə davam edin.
Dövlət İmtahan Mərkəzinin İdarə heyətinin sədri Məleykə Abbaszadə ilə Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzinin direktoru Arnold Brauer arasında görüş keçirilib
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Görüş zamanı A.Brauer DİM-in 10 illik yubileyi müansibətilə təbriklərini və xoş arzularını İdarə Heyətinin sədri M. Abbaszadəyə çatdırıb. O bildirib ki, DİM-in on illik fəaliyyəti sadəcə bir təşkilatın yubileyindən daha böyük məna daşıyır. DİM Azərbaycanın insan potensialının inkişafına və nəticə etibarilə ölkənin gələcəyinin qurulmasına birbaşa töhfə verir.
İdarə Heyətinin sədri M. Abbaszadə isə qeyd edib ki, artıq uzun illərdir imtahanlarla bağlı bütün mümkün proseslər rəqəmsal şəkildə həyata keçirilir, o cümlədən imtahanların kompüter əsaslı təşkili, imtahan nəticələrinin emalı, yazı işlərinin qiymətləndirilməsi, apellyasiya prosesi və digər mərhələlər üzrə işlər. Daha sonra, M.Abbaszadə süni intellektin qiymətləndirmə proseslərində tətbiqi ilə bağlı DİM-in təcrübəsini bölüşüb və yüksək riskli imtahanlarda Sİ-in tətbiqinin etibarlılığı və ehtimal olunan risklərlə bağlı fikirlərini bildirib.
Görüş zamanı həmçinin, DİM və RCEC arasındakı mövcud olan əməkdaşlıq üzrə işlərin cari vəziyyəti müzakirə olunub.
Qeyd edək ki, RCEC tərəfindən DİM-in Keyfiyyət İdarəetmə Sisteminin qiymətləndirilməsinin 2020–2021-ci illərdə ilkin auditi və 2024-cü ildə isə təkrar auditi həyata keçirilib. Hər növbəti audit prosesinin nəticəsində DİM-in fəaliyyəti və iş prinsipləri beynəlxalq standartlara uyğunluq baxımından yüksək qiymətləndirilib və DİM 3 il etibarlılığı olan uyğunluq sertifikatı ilə də təltif olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin