
Özbəkistan dosentləri MDU-ya səfər ediblər
Yerli və xarici universitetlər arasında imzalanan əməkdaşlıq memorandumu, birgə elmi-tədqiqatlar barədə məlumatlar üçün direktor.az-a abunə olun. Ali təhsil müəssisələrimizin beynəlxalq elmi inteqrasiyası, ortaq layihələr və qlobal akademik əməkdaşlıqları izləmək üçün bildirişləri aktiv edin.
Mingəçevir Dövlət Universiteti ilə Özbəkistan Respublikasının Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Direktor.az xəbər verir ki, memorandum çərçivəsində Özbəkistanın tanınmış alimləri MDU-da elmi-tədqiqat fəaliyyətinə başlayıblar.
Səmərqənd Dövlət Universitetinin Coğrafi ekologiya fakültəsinin Ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının dosentləri Dilbər Yarmatova və Tanzila Məcidova MDU-ya səfər ediblər.
Səfər çərçivəsində keçirilən görüşlərdə qonaq alimlərin MDU-nun elmi və akademik mühiti ilə tanışlığı təmin olunub, qarşılıqlı əməkdaşlığın inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Özbəkistan alimlərinin MDU-nun müvafiq kafedraları ilə əməkdaşlıq şəraitində beynəlxalq məqalələrin hazırlanması və ortaq elmi layihələrin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Razılaşdırılmış elmi fəaliyyət çərçivəsində Dilbər Yarmatova və Tanzila Məcidovanın “Ekologiyanın müasir problemləri” və “İqlim dəyişmələrinin ekoloji nəticələri” istiqamətləri üzrə tədqiqatlar aparması nəzərdə tutulur.
Bununla yanaşı, qonaq alimlərin MDU tələbələri üçün açıq dərslər keçirməsi, onları beynəlxalq tədqiqat təcrübəsi ilə yaxından tanış etməsi nəzərdə tutulur.
Özbəkistan alimlərinin MDU-da elmi-tədqiqat fəaliyyətinə başlaması iki universitet arasında imzalanmış Memorandumun praktik müstəvidə həyata keçirilməsinə, Azərbaycan və Özbəkistan arasında ali təhsil və elm sahəsində əlaqələrin daha da möhkəmləndirilməsinə, ekologiya və iqlim dəyişmələri istiqamətlərində birgə elmi fəaliyyətin genişləndirilməsinə xidmət edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin