
Peşə təhsili və biznes birgə
Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Veysəloğlu Şirkətlər Qrupu” arasında qurulan yeni tərəfdaşlıq, "Araz Akademiyası" layihəsi və regionlarda quru meyvə istehsalı kimi mühüm əməkdaşlqdan xəbərdar olmaq üçün direktor.az- a abunə olun. Peşə təhsilindəki yenilikləri, gənclərin məşğulluq imkanlarını və biznes mühiti ilə birgə layihələri yaxından izləmək üçün bildirişləri aktiv edin.
Peşə təhsili sektoru ilə biznes mühiti arasında əməkdaşlıq əlaqələri genişləndirilir
Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Veysəloğlu Şirkətlər Qrupu”nun nümayəndələri arasında tərəfdaşlığın yeni perspektivlərinə həsr olunan görüş keçirilib. Görüşün əsas qayəsini gənclərin müasir əmək bazarının tələblərinə uyğun peşə vərdişlərinə yiyələnməsi, real iş mühitinə operativ uyğunlaşması və onların məşğulluğunun təmin edilməsi təşkil edib.
Müzakirələr zamanı "Araz Akademiyası" layihəsi çərçivəsində təhsilalanların əmək fəaliyyətinə cəlb olunması, eləcə də peşə təhsili müəssisələri ilə aparıcı işəgötürənlər arasında tətbiqi əlaqələrin daha da gücləndirilməsi diqqət mərkəzində saxlanılıb.
Həmçinin görüşdə regional təhsil ocaqlarının istehsalat potensialı nəzərdən keçirilib. Bu xüsusda, Qəbələ və Bərdə Dövlət Peşə Təhsil mərkəzlərində quru meyvə istehsalının birgə təşkili və müvafiq sahədə qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin