
Psixoloq ştatının sayının müəyyən edilməsi haqqında 70 №-li Qərar
Məktəbşünas
Müəllif
Ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilsin:
1.1. şagird sayı 1000-dək olduqda, 1 vahid;
1.2. şagird sayı 1000-dən 3000-dək olduqda, 2 vahid;
1.3. şagird sayı 3000-dən çox olduqda, 3 vahid.
2. Özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur.
Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 27 fevral 2020-ci il № 70
Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin