
SDU əməkdaşı İsraildə keçirilən təlimdə iştirak edib
Ali təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərini, beynəlxalq təcrübə mübadiləsini izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi siyasəti, universitetlərin qlobal əməkdaşlığı və həyata keçirilən strateji yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyi və Golda Meir MASHAV Carmel Beynəlxalq Təlim Mərkəzinin (MCTC) əməkdaşlığı çərçivəsində “Xüsusi və inklüziv təhsilə innovativ yanaşmalar” layihəsi həyata keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Sumqayıt Dövlət Universitetindən bildirilib. Layihə çərçivəsində 24 oktyabr – 5 noyabr 2026-cı il tarixlərində İsrailin Hayfa və Tel-Əviv şəhərlərində təşkil olunan beynəlxalq təlimlərdə Sumqayıt Dövlət Universitetinin (SDU) Sənədlərlə iş şöbəsinin müdiri, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Tünzalə Əmiraslanova iştirak edib.
Təlim proqramı xüsusi və inklüziv təhsil sahəsində müasir yanaşmaların, innovativ metodların və beynəlxalq təcrübənin öyrənilməsinə, bu istiqamətdə peşəkar bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib.
Beynəlxalq təlimdə iştirak SDU əməkdaşının qabaqcıl təcrübə ilə tanış olması və əldə olunan biliklərin universitetin tədris və elmi fəaliyyətində tətbiqi baxımından əhəmiyyətlidir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

