
Sertifikatlaşdırılma prosesinin tarixi açıqlanıb
Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin tarixi, əməkhaqqı əlavələri haqqında məlumatlar üçün direktor.az-a abunə olun. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəsmi elanlarını, portal.edu.az platformasındakı yenilikləri və qiymətləndirmə nəticələrini yaxından izləmək üçün bildirişləri aktiv edin.
Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi barədə məlumatlar onların şəxsi kabinetlərinə göndərilib.
Direktor.az xəbər verir ki, bu barədə Məktəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə məlumatları ilə tanış ola bilərlər.
Xatırladaq ki, test imtahanında keçid balını toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin