
UNEC tələbələri təmizlik aksiyasına qoşulub
Ali təhsil müəssisələrinin özəl sektorla qurduğu əməkdaşlıqları, ekoloji layihələri və gənclərin ictimai fəallığını izləmək üçün direktor.az-a abunə olun. Elm, ali təhsil və universitet həyatındakı təşəbbüslərdən, tərəfdaşlıqlardan və aktual hadisələrdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Bank Respublika” ASC-nin tərəfdaşlığı çərçivəsində Masazır gölü sahilində genişmiqyaslı təmizlik aksiyası təşkil olunub.
Direktor.az xəbər verir ki, ətraf mühitin mühafizəsinə diqqət çəkmək məqsədilə keçirilən tədbirə UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Hafis Hacıyev, fakültənin fəal gəncləri, bankın əməkdaşları və Abşeron Rayon İcra Hakimiyyətinin Masazır kənd icra nümayəndəliyinin heyəti qatılıb. Birgə təşəbbüs nəticəsində göl sahili müxtəlif növ bərk məişət tullantılarından təmizlənərək ərazi qaydaya salınıb.
Təşkilatçıların bildirdiyinə görə, bankın ESG (ətraf mühit, sosial və idarəetmə) prinsipləri əsasında reallaşan bu təşəbbüsün başlıca hədəfi təbiətin qorunmasına real töhfə verməklə yanaşı, gənc nəsildə ekoloji şüur və sosial cavabdehlik hissini gücləndirmək, eləcə də onları ictimai layihələrə cəlb etməkdir. Eyni zamanda, tədbir tələbələrin birgə fəaliyyət bacarıqlarını və komanda ruhunu inkişaf etdirmək baxımından faydalı olub.
Qeyd edək ki, sözügedən aksiya iki qurum arasında 13 oktyabr 2021-ci il tarixində imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutub. Sənəd təkcə akademik sahədə deyil, gənclərin fərdi, peşəkar və sosial inkişafına təkan verən birgə layihələrin davamlı icrasını hədəfləyir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin