
İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə: Müsahibə mərhələsi başlayır
Pedaqoqların yerdəyişmə qaydalarını, əmək fəaliyyəti ilə bağlı rəsmi təlimatları izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil idarəçiliyi, müəllimlərin işə qəbulu və yerdəyişməsi prosesindəki elanlardan xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində növbəti mərhələyə başlanılır.
Direktor.az xəbər verir ki, bu çərçivədə müraciətini rəsmi şəkildə təsdiqləmiş namizədlərin sənədlərinin yoxlanışı həyata keçiriləcək.
Yoxlama prosesi 28–29 sentyabr tarixlərində təşkil olunacaq və ümumilikdə 288 müəllimin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, sənədlərin qəbul ediləcəyi ünvan, dəqiq tarix və saatla bağlı zəruri məlumatlar artıq müəllimlərin şəxsi kabinetlərinə göndərilib. İştirakçılar şəxsi hesablarına daxil olaraq sənəd yoxlanışı prosesinin detalları ilə tanış ola bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin