
ADA-nın fəlsəfə doktoru İdman Akademiyasında təlim keçib
Ali təhsil müəssisələrində rəqəmsal kitabxanaçılığın inkişafı, innovativ idarəetmə təcrübələri və akademik əməkdaşlıq layihələrini izləmək üçün direktor.az-a abunə olun. Elm və ali təhsil idarəçiliyindəki metodlardan, peşəkar təlimlərdən agah olmaq üçün bizi izləməyə davam edin.
ADA Universitetinin Kitabxana direktoru, texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədov Azərbaycan İdman Akademiyasının (ASA) heyəti üçün ixtisasartırma xarakterli təlim keçib.
Direktor.az xəbər verir ki, görüşdə ASA-nın Kitabxana və Heydər Əliyev Muzeyinin direktoru Gülər Əhmədovanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Təlim çərçivəsində müasir kitabxanaçılığın əsas alətlərindən sayılan “WMS” və “KOHA” avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi qaydaları izah olunub. Eyni zamanda, fondların effektiv idarə edilməsi, beynəlxalq standartlara uyğun kataloqlaşdırma mexanizmləri və sahə üzrə mühüm yeniliklər barədə ətraflı təqdimat edilib.
Təlimin yekununda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında qarşılıqlı müzakirələr aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin