
DİM vakansiya elan edir
DİM-də elan edilmiş vakansiya, əmək funksiyaları və müraciət qaydaları barədə məlumatları saytımızdan əldə edin. İmtahanların təşkili prosesində peşəkar kadr təyinatlarını, dövlət qulluğu və qiymətləndirmə mexanizmlərindəki bütün vakansiyaları izləmək üçün direktor.az-a abunə olun.
Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunda baş məsləhətçi vəzifəsi üzrə (müddətli-sosial məzuniyyətdə olan işçinin yerinə) vakansiya elan edilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib.
Əmək funksiyaları:
Sektorun fəaliyyət istiqamətinə aid edilən imtahanlar üzrə qanunvericilik və digər əlaqəli imtahan fənlərinin qəbul proqramlarını hazırlamaq və ehtiyac yarandıqda onlarda zəruri düzəlişlər aparmaq;
Müvafiq imtahanların qanunvericilik üzrə test bankındakı yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına ekspertlər cəlb etmək, onlara müvafiq təlimatlar vermək (treninqlər keçmək);
Mövcud olan test tapşırıqları bankının (istiqamətlər üzrə) mütəmadi olaraq təftişini təşkil etmək;
İxtisas və peşəkarlıq səviyyəsinə uyğun test tapşırıqlarının hazırlanmasında, test tapşırıqları bankının təftişində şəxsən iştirak etmək;
Müvafiq imtahanlarda sual kitabçalarına daxil olan test tapşırıqlarının qapalı şəraitdə yoxlanılması və ekspertizasında iştirak etmək (və ya müvafiq istiqamət üzrə yekun ekspertizanı kurasiya etmək)
Yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına cəlb olunmuş ekspertlərin işinin keyfiyyətinə nəzarət etmək;
Yoxlama-ölçmə materiallarının ekspertizası prosesinin yekunu baradə sənədləşməni aparmaq (müvafiq akt və protokolları tərtib edib, aidiyyəti üzrə təqdim etmək);
İmtahan verəcək şəxslərə elmi-metodik kömək məqsədilə metodik vəsaitlərin və topluların hazırlanmasında iştirak etmək;
Səlahiyyətləri daxilində sektora daxil olan müraciətləri araşdırmaq və cavablandırmaq.
Tələb olunan bilik və bacarıqlar:
Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
Staj tələbi: minimum 2 il;
Test metodologiyasına dair biliklər;
Azərbaycan dilini yüksək, ingilis və rus dillərini orta səviyyədə bilmək;
MS Windows və MS Office proqramlarında, eləcə də internet resursları ilə sərbəst işləmək bacarığı;
Analitik düşünmə bacarığı, diqqətlilik, metodoloji düşüncə, məlumatların məxfiliyinin qorunması, ekspertlərlə işləmə bacarığı, məsuliyyətlilik və intizamlılıq.
Müraciət qaydası:
Namizədlər 18 oktyabr 2026-cı il tarixinədək https://portal.dim.gov.az/HR/ linkinə daxil olaraq “baş məsləhətçi (müddətli-sosial məzuniyyətdə olan işçinin yerinə)” vakansiyasını seçib elektron müraciət formasını doldurmalı və göndərməlidirlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin