
İncəsənət məktəblərinə rəhbər vəzifələr üzrə müsahibənin vaxtı açıqlanıb - DİM
Direktor və direktor müavini vəzifələri üzrə keçiriləcək müsahibə mərhələsinin qrafiki, buraxılış qaydaları və qiymətləndirmə meyarları barədə məlumatları saytımızdan əldə edin. Təhsil və mədəniyyət müəssisələrində rəhbər vəzifələrə təyinatları, imtahan proseslərini və kadr hazırlığı sahəsindəki bütün elanları izləmək üçün direktor.az-a abunə olun.
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini vəzifələri üzrə müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Müsahibələrin 14 oktyabr – 3 noyabr 2026-cı il tarixlərində keçirilməsi nəzərdə tutulur.
İmtahanda iştirak edəcək şəxslər “Müsahibəyə buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən əldə edə bilərlər.
“Müsahibəyə buraxılış vərəqəsi”ndə müsahibənin keçirildiyi vaxt və yer barədə məlumat göstərilir. Namizəd buraxılış vərəqəsində göstərilən vaxtdan 30 dəqiqə əvvəl müsahibənin keçirildiyi binada olmalıdır..
Namizədin bilik səviyyəsi və bacarıqları müvafiq müsahibə proqramı əsasında qiymətləndirilir. Müvafiq keçidlərə daxil olmaqla direktor və direktor müavinlərinin işə qəbulunun ümumi qaydaları, müsahibə proqramları ilə - https://dim.gov.az/CkImage/Direktor%20v%C9%99%20direktor%20m%C3%BCavinl%C9%99rinin%20i%C5%9F%C9%99%20q%C9%99bulunun%20%C3%BCmumi%20qaydalar%C4%B1_1791460146.pdf ətraflı tanış olmaq mümkündür.
Müsahibədən 16 və daha çox bal toplamış namizəd müvəffəqiyyət qazanmış hesab edilir.
Namizəd təqdim etdiyi məlumat və sənədlərin doğruluğuna şəxsən məsuliyyət daşıyır. Müsabiqənin istənilən mərhələsində məlumatların yanlış olduğu, saxta sənəd təqdim edildiyi və ya namizədin tələblərə cavab vermədiyi aşkar olunarsa, onun müsahibə nəticələri ləğv ediləcək.
Müsahibə nəticələrindən narazı qalan namizədlər nəticələr elan olunduqdan sonra 3 iş günü müddətində apellyasiya qaydasında şikayət verə bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin