
Strateji planlaşdırmada Baseline nədir?
Deməli, baseline sadəcə “mövcud vəziyyət” deyil. O, mövcud vəziyyətin ölçülmüş, təhlil olunmuş və idarəetmə qərarına çevrilə bilən formasıdır.
Siz bu kateqoriyada məktəb idarəetməsi və liderlik ilə bağlı mövzuları sadəcə oxuya bilərsiniz. Oxuduğunuz mövzuların səsli( audio) və video izahlarını dinləmək istəyirsinizsə , mövzu ilə bağlı pdf-ləri endirmək, testləri işləmək istəyirsinizsə “HAZIRLIQ ( PREMİUM) mövzuları” koteqoriyasına ( ödənişlidir) keçə bilərsiniz. Eyni zamanda verilmiş link vasitəsi ilə BİRSİNAQ.AZ platformasından testləri işləyə bilərsiniz.
107 məqalə

Deməli, baseline sadəcə “mövcud vəziyyət” deyil. O, mövcud vəziyyətin ölçülmüş, təhlil olunmuş və idarəetmə qərarına çevrilə bilən formasıdır.

DİP isə həmin böyük çərçivənin içində konkret bir mövzunu işləyir. MİP deyə bilər ki, məktəbdə şagird nailiyyəti yüksəldilməlidir. DİP isə yalnız oxu bacarığına, yalnız IX sinif riyaziyyat nəticələrinə, yalnız məktəbdə davamiyyətə, yalnız formativ qiymətləndirməyə və ya yalnız valideynlərlə əməkdaşlığa fokuslana bilər. MİP məktəbin ümumi inkişaf trayektoriyasını göstərir. O, məktəbin qarşıdakı dövrdə hansı istiqamətlər üzrə irəliləyəcəyini müəyyən edir. Azərbaycan təcrübəsində MİP məktəblərdə müəllimlərin peşəkar inkişafı, şagird nailiyyəti və dəstəkləyici mühit kimi istiqamətlər üzrə metodik görüşlər və fəaliyyətlərlə müşayiət olunur.

Müasir yanaşmalar məktəb rəhbərliyindən təkcə nizam-intizamı və sənəd dövriyyəsini qorumağı deyil, həm də təlim və öyrənməni yaxşılaşdıran, insanları bir məqsəd ətrafında birləşdirən, məlumatı qərara çevirən və dəyişiklik zamanı sistemi sabit saxlayan peşəkar liderlik gözləyir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 7 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Davamiyyət — şagirdin dərs cədvəli ilə müəyyən edilmiş tədris məşğələlərində iştirak etməsidir. Bu Qayda məktəb rəhbərliyi, tədris işləri üzrə direktor müavini, sinif rəhbərləri, fənn müəllimləri, növbətçi müəllim, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı, psixoloq, digər aidiyyəti işçilər, habelə şagirdlər və onların valideynləri üçün icbari xarakter daşıyır.

Növbətçi şagirdlər növbətçilik zamanı növbətçi sinif rəhbərinin, növbətçi təhsilverənin və baş növbətçinin təhlükəsizlik və təşkilati xarakterli göstərişlərini rəhbər tuturlar.

Növbətçi sinif rəhbəri növbətçi sinfin şagirdlərinin növbətçiliyə hazırlanmasını, onların vəzifələrinin düzgün izah olunmasını, təhlükəsiz və yaşa uyğun şəkildə iştirakını, eləcə də müşahidə edilən hallar barədə operativ məlumatlandırmanı təmin edən məsul şəxsdir.

Növbətçi təhsilverən növbətçilik müddətində öz fəaliyyətini məktəbdə müəyyən edilmiş növbətçilik qaydalarına uyğun qurur, operativ təşkilati məsələlər üzrə baş növbətçinin göstərişlərini rəhbər tutur və məktəb direktorunun müəyyən etdiyi daxili rejim tələblərinə əməl edir.

Baş növbətçi məktəb direktorunun əmri və təsdiq edilmiş növbətçilik qrafiki əsasında pedaqoji işçilər sırasından təyin edilir. Baş növbətçi tədris günü ərzində məktəbdə növbətçilik xidmətinin əlaqələndirilməsini, ümumi nizam-intizamın, təhlükəsizlik rejiminin və operativ nəzarətin təşkilini həyata keçirən məsul şəxsdir.

Bu Əsasnamənin məqsədi məktəbdə növbətçiliyin vahid qayda əsasında təşkilini təmin etmək, tədris günü ərzində təhlükəsizlik və nizam-intizamın qorunmasına, riskli halların vaxtında aşkar edilməsinə və operativ tədbirlərin görülməsinə, habelə ümumi istifadə sahələrində sanitar-gigiyenik vəziyyətin qorunmasına xidmət edən təşkilati mexanizmi müəyyən etməkdir.

Ümumi təhsil müəssisəsində kargüzarlıq və arxiv işinin təşkili məktəbin yalnız texniki sənədləşmə sahəsi deyil, idarəetmə intizamını, hüquqi etibarlılığı, hesabatlılığı və institusional yaddaşı təmin edən əsas təşkilati mexanizmdir.

Sinif rəhbərliyi — ümumi təhsil müəssisəsində konkret sinif üzrə tərbiyə, müşayiət, profilaktika, əməkdaşlıq, əlaqələndirmə və inkişafyönlü işin planlı şəkildə təşkili ilə bağlı pedaqoji fəaliyyət sahəsidir.